İrəvanda baş verən atışma nəticəsində polis əməkdaşı yaralanıb

İrəvanda baş verən atışma nəticəsində polis əməkdaşı yaralanıb
# 29 iyul 2016 23:13 (UTC +04:00)

Bakı-APA. İrəvanda silahlı qrupun zəbt etdiyi post-patrul alayının binası ərazisindən açılan atəş nəticəsində polis əməkdaşı yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

“Post-patrul alayının ərazisindən açılan atəş nəticəsində bir polis əməkdaşı yaralanıb. O, xəstəxanaya yerləşdirilib”, A. Aqaronyan özünün “Feysbuk” səhifəsində yazıb.

Bundan əvvəl A.Aqaronyan bildirmişdi ki, hüquq-mühafizə orqanlarının tələblərinə baxmayaraq, post-patrul alayının ərazisində olan silahlı qrup vaxtaşırı atəş açmaqda davam edir, polis cavab atəşi açır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR