Mikayıl Əliyev küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Mikayıl Əliyev küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
# 30 noyabr 2015 07:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Təmir-tikinti işləri ilə əlaqədar Nizami rayonu Mikayıl Əliyev küçəsinin bir hissəsində qısa müddətlik nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədən üzü Babək prospektinə doğru olan 700 metrlik hissəsində tətbiq olunub.

Sözügedən ərazidə təmir-tikinti işləri yekunlaşandan sonra küçənin digər hissəsinin, Babək prospektinə qədər olan 750 metrlik ərazinin nəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik məhdudlaşdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR