Polşa müdafiə naziri: Kaçinskinin olduğu təyyarənin qəzaya uğraması terror aktıdır

Polşa müdafiə naziri: Kaçinskinin olduğu təyyarənin qəzaya uğraması terror aktıdır
# 14 mart 2016 08:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Polşa müdafiə naziri Antoni Matsereviç prezident Lex Kaçinskinin olduğu təyyarənin qəzaya uğramasını terror aktı adlandırıb.

APA-nın məlumatına görə, bunu o, “Polşa radiosu”na açıqlamasında deyib.

Nazir qeyd edib ki, bu addım əslində Polşanı müstəqilliyə doğru aparan insanların məhvinə yönəlib. Eyni zamanda o, aviaqəzada birbaşa Rusiyanı günahlandırmayıb.

Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski və onu həyat yoldaşı daxil olmaqla, 88 sərnişin və 8 heyət üzvünün olduğu Tu-154M təyyarəsi 2010-cu il 10 aprel tarixində Smolenskdə qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR