Son on ildə Azərbaycanda təcili tibbi yardım göstərilən xəstələrin sayı açıqlanıb

Son on ildə Azərbaycanda təcili tibbi yardım göstərilən xəstələrin sayı açıqlanıb
# 20 iyul 2016 09:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Bu il 113 xidmətinə daxil olmuş konsultativ cağrıların sayı 1025, 113 və konsultativ çağırışların sayı 1684, baxılmış konsultativ xəstələrin sayı 1684, baxılmış 113 və konsultativ xəstələrin sayı 2396 olub".

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının ( SNTTTYS) baş həkimi Mirələm Cavadov bildirib. Baş həkim qeyd edib ki, 2007-2016-cı illərdə yol-nəqliyyat hadisəsində xəsarət alan 15192 nəfərə təcili tibbi yardım göstərilib. 13428 nəfər konsultativ xəstəyə tibbi yardım edilib: "Təkcə 2016-cı il daxil olmuş çağırışların sayı 659 olub. Yol-nəqliyyatı hadisələri nəticəsində zərərçəkənlərin sayı 624, terapevtik və digər travmalar sayı 35, baxılmış xəstələrin sayı 712, hospitalizə edilənlərin sayı 12, hadisə yerində ölüm 70, yerində tibbi yardım alanların sayı 37 nəfər olub".

M. Cavadov qeyd edib ki, hazırda respublika üzrə 12 regional məntəqə var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR