Putin Türkiyə rəhbərliyini ölkəni islamlaşdırmaqda günahlandırıb - VİDEO

Putin Türkiyə rəhbərliyini ölkəni islamlaşdırmaqda günahlandırıb - <span style="color: red;">VİDEO
# 25 noyabr 2015 11:02 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Türkiyə rəhbərliyini ölkəni islamlaşdırmaqda günahlandırıb.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin Türkiyə rəhbərliyinin ölkəni islamlaşdırmaq siyasəti yürütdüyünü bildirib: “Problem dünən bizim yaşadığımız "Su-24" təyyarəsi ilə bağlı faciədə deyil, problem daha dərindir. Sizi əmin edirəm ki, bütün dünya və biz Türkiyə rəhbərliyinin uzun illər ərzində ölkəsinin islamlaşdırılması istiqamətində daxili siyasət həyata həyata keçirdiklərini müşahidə edirik. İslam böyük dünya dinidir, hansı ki, Rusiya Federasiyasının da ənənəvi dinlərindən biridir. Biz özümüz də islamı dəstəkləyirik və dəstəkləyəcəyik. Lakin burada söhbət radikal islam istiqamətinin dəstəklənməsindən gedir. Bu, öz-özlüyündə çox xoşagəlməz atmosfer yaradır”.

V. Putin Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına Türkiyəyə getməməklə bağlı tövsiyəsini də dəstəkləyib: “Belə faciəvi hadisədən, təyyarəmizin vurulmasından və pilotumuzun həlak olmasından sonra nə etmək olar? Bu, məcburi tədbirdir. XİN vətəndaşları təhlükə barədə xəbərdar etməklə doğru addım atır”.

V. Putinin fikrincə, Türkiyədə olan Rusiya vətəndaşları böyük təhlükəyə məruz qala bilər: “Dünən baş verənlərdən sonra biz hansısa digər insidentlərin baş verəcəyini istisna edə bilmərik. Əgər bunlar baş versə, biz bu və ya digər formada reaksiya verməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR