Şəkidə məhbus intihara cəhd edib

Şəkidə məhbus intihara cəhd edib
# 17 noyabr 2015 05:06 (UTC +04:00)

Şəki. Vüqar Heydərov- APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki cəzaçəkmə müəssəsində məhbus intihara cəhd edib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə noyabrın 16-ı saat 16:30 radələrində baş verib.

Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Pərviz Ələddin oğlu Mirzəyev intihar etmək məqsədi ilə kəsici alətlə qarın boşluğuna xəsarət yetirib. 23 yaşlı məhbus qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş, lakin daxilə nüfüz etməyən xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan APA-ya verilən məlumatda bildirilir ki, yaralıya xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra cəzaçəkmə müəssəsinə geri aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR