Brent neftinin qiyməti 40 dollardan aşağı düşüb

Brent neftinin qiyməti 40 dollardan aşağı düşüb
# 09 mart 2016 04:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 dollar azalaraq 36,44 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,13 dollar azalaraq 39,52 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR