Şəhid hərbçilərin təltif olunduğu medallar Qazaxda ailə üzvlərinə təqdim edilib

Şəhid hərbçilərin təltif olunduğu medallar Qazaxda ailə üzvlərinə təqdim edilib
# 24 may 2016 12:46 (UTC +04:00)

Qazax. Azər Məmmədli - APA. Azərbaycan Ordusunun ötən ayın əvvəlində cəbhədə ermənilərlə döyüşlərdə şəhid olan hərbçilərinin təltif olunduğu medalların Qazax rayonunda ailə üzvlərinə təqdim olunması mərasimi keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə rayon ictimaiyyətinin, Müdafiə Nazirliyinin nümayəndələri, şəhid hərbçilərin yaxınları, hərbçi yoldaşları iştirak edib.

Yuxarı Salahlı kəndində anadan olmuş 26 yaşlı Elvin Namazovun təltif olunduğu "Vətən uğrunda", Fərəhli kəndində anadan olmuş 32 yaşlı kapitan Mühid Orucovun təltif edildiyi "İgidliyə görə" medalı və 20 yaşlı əsgər Orxan Əliyevin təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR