Gəncədə evləri su basıb

Gəncədə evləri su basıb
# 25 may 2016 07:59 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncəçayda suyun səviyyəsinin artması nəticəsində sahildə olan evlərə su dolub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, son günlər qərb bölgəsində havanın yağmurlu keçməsi başqa çaylarda olduğu kimi Gəncəçayda da suyun səviyyəsini artırıb. Su çayın sol sahilində olan torpaq bəndi yuyub və bir neçə evin həyət və zirzəmilərinə su dolub. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları suyu xüsusi qurğularla çəkirlər.

Gəncə şəhər İcra Hakimiyyəti Aparatından verilən məlumata görə, artıq çayın sahilində olan bənddə bərkidilmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR