Azər Kərimli seçicilər ilə görüşlərini davam etdirib - FOTOSESSİYA

Azər Kərimli seçicilər ilə görüşlərini davam etdirib - <span style="color: red;">FOTOSESSİYA
# 30 oktyabr 2015 07:36 (UTC +04:00)

Bakı-APA. Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax seçki dairəsindən namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.

Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, namizəd oktyabrın 29-da rayonun Əmbərçay, Qaratala, İngiloy Kötüklü və İbaxlı kəndlərində seçicilərlə görüş keçirib. Keçirilən görüşdə seçicilər Azər Kərimlinin ötən 5 il ərzində onların problemlərinə diqqətlə və həssaslıqla yanaşdığını, millət vəkili kimi seçicilərin etimadını doğrultduğunu və bu səbəbdən də ona səs verəcəklərini bildiriblər. Deputatlığa namizəd daha öncə olduğu kimi bundan sonra da seçicilərin problemlərinə diqqətlə yanaşacağını bildirib. Görüşlərdə Azər Kərimlinin son 5 ərzində gördüyü işlər slaydlar vasitəsilə nümayiş etdirilib. Azər Kərimli eyni zamanda Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Azərbaycan-İtaliya Parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının sədri kimi gördüyü işlər barədə seçicilərə ətraflı məlumat verib. Azər Kərimli Qaxda keçirilən beynəlxalq multikulturalizm konfransının, Qax rayonun və bütövlükdə Azərbaycanın tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edən “Qax Kürmük Oba bayramı” filminin ölkədən kənarda yaratdığı təəssüratdan, Qax rayonu ilə İtaliyanın Bormio şəhərinin qardaşlaşması ilə bağlı imzalanan protokolun əhəmiyyətindən, Azərbaycan-İtaliya Assosiasiyasının təsis etdiyi “Via della Seta” (İpək yolu) jurnalından söhbət açıb. Deputatlığa namizəd oktyabrın 29-da gürcü əsilli Azərbaycan vətəndaşlarının sıx yaşadığı Kötüklü kəndində keçirilən toy mərasimində də iştirak edib, ailə həyatı quran gənclərin sevincinə şərik olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR