ABŞ rəsmi Moskvanı Suriyada tanklar yerləşdirməkdə günahlandırıb

ABŞ rəsmi Moskvanı Suriyada tanklar yerləşdirməkdə günahlandırıb
# 14 sentyabr 2015 18:48 (UTC +04:00)

Bakı-APA. ABŞ Rusiyanı Suriyada tanklar yerləşdirməkdə günahlandırıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, hərbi mənbələr Suriyada azı 6 Rusiyaya məxsus tankın yerləşdirildiyini bildirib.

Digər mənbəyə əsasən, Rusiyaya məxsus 7 ədəd Т-90 tankı və artilleriya qurğuları Latakya aerodromu yaxınlığında müşahidə edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya müdafiə nazirliyi Suriyanın Latakya əyalətinə 80 ton humanitar yükün gətirilməsini təsdiqləmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR