Azərbaycan əhalisinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi 32%-ə yaxın artıb

Azərbaycan əhalisinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi 32%-ə yaxın artıb
# 04 fevral 2016 09:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvarın 1-ə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 9 473,9 mln. manat təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2014-cü il ilə müqayisədə ötən il bu göstərici 2 285,6 mln. manat və ya 31,8% artıb.

Bununla yanaşı, dekabrda əmanətlərin həcmi 2 384,4 mln. manat və ya 33,63% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR