Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
# 05 fevral 2016 06:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin ictimai əlaqələr bölməsi polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, paytaxtın Neftçilər prospekti Əziz Əliyev küçəsi kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq, qısa müddətdə avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb.

Bunu nəzərə alaraq, bu istiqamətə doğru – Bakı-Ələt yolunun 14-cü km-dən III Kənar Dairəvi Yolla, 20 –ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi istiqaməti, Bayıl qəsəbəsindən Xanlar, Mikayıl Hüseynov küçələri vasitəsilə Mehdi Hüseyn yaxud Parlament prospekti istiqaməti, eləcə də Yusif Səfərov, 28 may küçəsi kəsişməsindən Zərifə Əliyeva, Rəşid Behbudov küçələri kəsişməsindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dayandırılaraq, dəyişdirilib.

Yol polisi sürücülərdən xahiş edir ki, bu istiqamətlərdə süni sıxlıq və tıxacların yaranmaması üçün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilsin, alternativ yollara üstünlük verilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR