Azərbaycana külli miqdarda narkotikin gətirilməsinin qarşısı alınıb

Azərbaycana külli miqdarda narkotikin gətirilməsinin qarşısı alınıb
# 11 dekabr 2015 07:17 (UTC +04:00)

Bakı-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığının qarşısının alınması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

DSX-nin mətbuat mərkəzindən APA-ya bildirilib ki, əldə olunmuş əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb. Dekabrın 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublika­sına gətirilməsi üçün dövlət sərhədi yaxınlığında gizlədilmiş 2 ədəd bağlamada 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək və 30 ədəd “Metadon” adlı həb aşkar edilərək götürülüb.


Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR