"Nar" bölgələrdə şəbəkəsini gücləndirir

"Nar" bölgələrdə şəbəkəsini gücləndirir
# 09 oktyabr 2015 09:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” bölgələrdə şəbəkənin gücləndirilməsi məqsədilə respublikanın 16 bölgəsində kompleks tədbirlərin təşkil edilməsi prosesini həyata keçirir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 17 gün davam edəcək silsilə tədbirlər müxtəlif şəhər və rayonlarda təşkil edilir. Görüşlər müxtəlif maraqlı müsabiqələr və əyləncəli oyunlarla müşayiət olunur.

Qeyd edək ki, mobil operatorun gücləndirilmiş şəbəkəsi respublikanın bütün bölgələrini əhatə edir. Bölgələrdəki abunəçilər mobil operatorun sərfəli tarif və kampaniyalarından artıq tam və səmərəli istifadə edə bilirlər. Burada abunəçilərə 4 nəfərə pulsuz danışıq imkanı verən “Ailəm” paketi haqqında ətraflı məlumat verilir. “Nar” əyləncəli tədbir iştirakçılarını və müsabiqə qaliblərini müxtəlif hədiyyələrlə mükafatlandırır.

Tədbirlərin keçirilmə nöqtələri haqqında ətraflı məlumatı operatorun rəsmi “facebook” səhifəsindən almaq mümkündür: https://www.facebook.com/Nar/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR