Tiflisdə binanın uçması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB

Tiflisdə binanın uçması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 06 iyul 2015 13:18 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən (tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması) açılıb.

DİN-dən bildirilib ki, uçqun zamanı ölənlərin sayı 4 nəfər ölüb.

Tiflis Fövqəladə Hallar Departamentindən verilən məlumata görə, "Tiflis biznes Mərkəzi"nin tikdiyi binanın uçması 4-cü mərtəbədən başlayıb. Nəticədə üçüncü mərtəbə də uçub. Hadisə nəticəsində 3 nəfər həlak olub. Bir fəhləni isə xilas etmək mümkün olub. Dağıntılar arasında qalan daha bir nəfər xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, binada yeni uçqun olacağı gözlənilir.

*** 13.45

Bakı. Məlahət Nəcəfova - APA. Tiflisdə İdman sarayına bitişik ərazidə yaşayış evi uçub.

APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi məlumata görə, dağıntılar altında 4 nəfər qalıb.

Onlardan birini dağıntıların altından çıxarmaq mümkün olub, digər 3 nəfər ölüb. Hadisə yerinə dərhal xilasetmə xidməti cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR