Bank Of Baku

Yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədrisə keçidi planlaşdırılmır

Yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədrisə keçidi planlaşdırılmır
# 22 oktyabr 2021 12:00 (UTC +04:00)

"Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır".

APA-nın xəbərinə görə, bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında deyilir.

Məlumatda qeyd olunub ki, ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir: "Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR