Prezident İlham Əliyev Qətərin nəqliyyat nazirini qəbul edib

Prezident İlham Əliyev Qətərin nəqliyyat nazirini qəbul edib
# 16 mart 2015 10:02 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev martın 16-da Qətər dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib. APA-nın xəbərinə görə, nazir Al-Sulaiti Azərbaycanda mövcud olan müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını bildirib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparıldığını deyib. Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu söyləyən nazir səfərinin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.


Prezident İlham Əliyev hər iki ölkədə regional nəqliyyat infrastrukturu yaradılması istiqamətində mühüm işlər görüldüyünü, bu sahədə uğurlar əldə edildiyini bildirib. Azərbaycan ilə Qətər arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən dövlət başçısı bu sahədə perspektivləri müəyyənləşdirməyin və birgə səyləri artırmağın vacibliyinə diqqət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR