Rumıniya səfiri Quba rayonuna səfər edib

 Rumıniya səfiri Quba rayonuna səfər edib
# 25 may 2015 13:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çobanu Quba rayonuna səfər edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, səfər zamanı diplomat Quba rayonunun icra başçısı Yaşar Məmmədovla görüşüb.

Görüş zamanı səfir bildirib ki, Rumıniya ixracatın artması tendensiyasının qorunmasında maraqlıdır və iqtisadi əməkdaşlığı regional səviyyədə inkişaf etdirmək istəyir: “Qara və Xəzər dənizləri arasında nəqliyyat dəhlizi layihəsi Azərbaycanla Rumıniya arasında iqtisadi münasibətlərin inkişafına təkan verə bilər”.

Rumıniyanın NATO-nun Azərbaycanda rezident-əlaqələndirici vəzifəsi çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunda mühazirə deyən səfir K. Çiobanu həmçinin NATO-Azərbaycan tərəfdaşlığının perspektivlərindən danışıb. O bildirib ki, Rumıniya diplomatiyası NATO dəyər və prinsiplərinin Azərbaycanda təbliğinə böyük önəm verir. Səfir qeyd edib ki, Rumıniya NATO-Azərbaycan tərəfdaşlığının inkişafını dəstəkləməkdə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR