Azərbaycan ordusunun səfərbərlik və münaqişə şəraitində yeni birgə fəaliyyət forması hazırlanıb

Azərbaycan ordusunun səfərbərlik və münaqişə şəraitində yeni birgə fəaliyyət forması hazırlanıb
# 24 noyabr 2017 09:27 (UTC +04:00)

Azərbaycanda səfərbərlik və müharibə (münaqişə) dövründə Silahlı Qüvvələr birgə fəaliyyət göstərəcək.

APA-nın məlumatına görə, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 6-cı (Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların qarşılıqlı fəaliyyəti) maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin dövlətin hərbi təhlükəsizliyi və silahlı müdafiəsi üzrə mərkəzləşdirilmiş birgə fəaliyyəti Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının qərarları və Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmrləri əsasında həyata keçirilir”.

Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR