Nazarbayev: “Neftin qiymətinin 30-40 dollara düşməsinə hazırlıqlı olmalıyıq”

Nazarbayev: “Neftin qiymətinin 30-40 dollara düşməsinə hazırlıqlı olmalıyıq”
# 19 avqust 2015 14:56 (UTC +04:00)

Bakı – APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev neftin bir barelinin qiymətinin 30-40 dollar səviyyəsinə düşməsi ehtimalına hazırlıqlı olmağın vacibliyini vurğulayıb.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, N. Nazarbayev iqtisadiyyatda sistemli tədbirlərin görülməsi ilə bağlı keçirdiyi müşavirədə bildirib ki, neft və metalların aşağı qiymətləri yaxın 5 il ərzində davam edə bilər.

Yaxın illərdə inkişaf etməkdə olan ölkələrin kapital və sərmayələrə çıxışının məhdudlaşdırılacağını söyləyən dövlət başçısı qeyd edib ki, Qazaxıstan məhsullarının istehlak bazarı Rusiya və Çin tərəfindən tələbatın zəifləməsi nəticəsində daralır. O, yaranmış vəziyyətlə əlaqədar 2018-ci ilə qədər müxtəlif təşəbbüslərə moratorium qoyulmasının vacib olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR