Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib

Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib
# 15 noyabr 2016 10:35 (UTC +04:00)

Rusiyada Azərbaycan vətəndaşı öldürülüb.

APA-nın Rusiya bürosunun məlumatına görə, qətl hadisəsi noyabrın 14-də Novqorod vilayətinin Pestov rayonunun Ponomaryevo kəndində baş verib.

Naməlum şəxs Pestov rayonunda yaşayan Azərbaycan vətəndaşına bıçaqla zərbələr endirib.

Ölümcül yaralanan azərbaycanlı özü maşına oturaraq şəhər mərkəzinə gəlib, təcili tibbi yardım çağırılmasını istəyib. Lakin o, çoxlu qan itirdiyindən ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır, qatilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Ölən şəxsin adı açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR