Rusiyada mikroavtobusla yük maşını toqquşub, 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Rusiyada mikroavtobusla yük maşını toqquşub, 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 21 noyabr 2016 02:25 (UTC +04:00)

Rusiyanın Rostov vilayətində ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Qazel” markalı mikroavtobus və “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

İlkin məlumata görə, mikroavtobusun sürücüsü idarəetməni itirib və qarşısında hərəkət edən yük avtomobilinə çırpılıb. Güclü zərbənin təsirindən mikroavtobusda yanğın başlayıb.“KamAZ”-ın sürücüsü mikroavtobusun sürücüsü və iki sərnişinini deformasiyaya uğramış maşından çıxara bilib.

Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR