“DəmirBank” bəzi əmanət növləri üzrə illik faiz dərəcələrini artırıb

“DəmirBank” bəzi əmanət növləri üzrə illik faiz dərəcələrini artırıb
# 11 mart 2015 07:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Göy” və “Qırmızı” əmanət növlərinin ABŞ valyutası üzrə illik faiz dərəcələrini artırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hazırda “Göy” əmanət növünün həm Azərbaycan, həm də ABŞ valyutası üzrə illik faiz dərəcələri ilə 13,5%, “Qırmızı əmanət növünün hər iki valyuta üzrə illik faiz dərəcələri isə 11% təşkil edir.

Qeyd edək ki, istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında “Göy” və “Qırmızı” əmanət hesabları açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” və “Qırmızı” əmanət növlərini manat, avro, İngiltərə funt-sterlinqi və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Göy əmanət növünün əsas üstünlükləri əmanət üzrə ən yüksək faiz dərəcələri və hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır. Qırmızı əmanət növü isə digər əmanətlərdən hesabın 3-cü şəxsin adına açıla bilmə imkanı ilə fərqlənir.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 000 manat təşkil edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR