Azərbaycan millisinin Malta ilə oyun üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Malta ilə oyun üçün heyəti açıqlanıb
# 19 mart 2015 11:45 (UTC +04:00)

O, martın 28-də Malta ilə Bakıda keçiriləcək qarşılaşmaya 24 oyunçu dəvət edib. AVRO-2016-nın seçmə oyununa dəvət alan futbolçular martın 22-də təlim-məşq toplanışına start verəcək. Millimiz maltalılarla qarşılaşmaya paytaxtda hazırlaşacaq.

Maraqlıdı ki, Prosineçki Topaz Premyer Liqasının yalnız 5 klubundan futbolçu dəvət edib. Onun “Neftçi”nin heç bir oyunçusuna güvənməməsi də diqqət çəkir. O, “ağ-qaralar”la yanaşı, “Simurq”, AZAL və “Bakı”nın da üzvlərinə etimad göstərməyib.

Qapıçılar: Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Səlahət Ağayev (“İnter”), Andrey Popoviç (“Sumqayıt")

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov (“Qəbələ”), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi “İnter”), Mahir Şükürov (“Karşıyaka”, Türkiyə)

Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Ələsgərov, Cavid Tağıyev (hamısı “Qarabağ”), Cavid Hüseynov (“Qəbələ”), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı “İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya)

Hücumçular: Eddi İsrafilov (“Qranada”, İspaniya), Ruslan Qurbanov (“Hayduk”, Xorvatiya), , Məhəmməd Qurbanov (“Sumqayıt”), Vaqif Cavadov (“Boluspor”, Türkiyə), Vüqar Nadirov (“Qarabağ”)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR