İspaniya Kral Kubokunun püşkü atılıb

İspaniya Kral Kubokunun püşkü atılıb
# 13 yanvar 2017 13:19 (UTC +04:00)

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, favoritlərdən ən çətin rəqib “Barselona”ya düşüb.

Kataloniya klubu bu mərhələdə “Real Sosyedad”la qarşılaşacaq. Kuboku qazanmağa digər namizədlərdən “Real”ın bəxtinə “Selta”, “Atletiko”ya isə “Eybar” çıxıb. Yoluna davam edən yeganə Sequnda komandası “Alkorkon” yarımfinal yolunda “Alaves” səddini keçməli olacaq.

1/4 finaldakı cütlüklər:

“Real Sosyedad” – “Barselona”

“Alkorkon” – “Alaves”

“Atletiko” – “Eybar”

“Real” – “Selta”

Bu mərhələnin ilk oyunları yanvarın 18-19-da, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR