Dövlət Miqrasiya Xidməti sahibkarlarla əməkdaşlığı daha da genişləndirəcək

Dövlət Miqrasiya Xidməti sahibkarlarla əməkdaşlığı daha da genişləndirəcək
# 18 may 2018 14:05 (UTC +04:00)

Dövlət Miqrasiya Xidməti sahibkarlarla əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək.

APA-Economics”in məlumatına görə, bunu bu gün Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov ölkədə fəaliyyət göstərən yerli və xarici iş adamları ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, respublikada özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi, əlverişli biznes və investisiya mühitinin formalaşdığı bir vaxtda Dövlət Miqrasiya Xidməti də qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək: “Bununla bağlı xidmət tərəfindən hər zaman özəl sektora diqqət göstəriləcək, işəgötürənlərlə mütəmadi görüşlər keçiriləcək”.

Xidmət rəisi sahibkarlıq subyektlərinin, işəgötürənlərin də əcnəbi işçi qüvvəsini haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmələri ilə bağlı müəyyənləşdirilmiş prosedurlara əməl etmələrinin vacibliyini də diqqətə çatdırıb. Daxili əmək bazarının qorunması üçün xidmətin üzərinə düşən vəzifələri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR