Gürcüstanda su və elektrik enerjisi tarifləri yeni metodologiya əsasında müəyyənləşəcək

Gürcüstanda su və elektrik enerjisi tarifləri yeni metodologiya əsasında müəyyənləşəcək
# 10 avqust 2017 13:47 (UTC +04:00)

2018-ci ildən etibarən Gürcüstanda su və elektrik enerjisi tarifləri yeni metodologiya üzrə müəyyən olunacaq.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə qərar Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının iclasında qəbul olunub.

Qərara əsasən, tariflər üç ildən bir müəyyən olunacaq.

Komissiyadan bildirilib ki, üç il müddət ərzində tariflərə yalnız xüsusi hallarda baxıla bilər. Yeni metodologiya ilə bağlı qərar 2018-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, əvvəlki metodologiyaya əsasən, Gürcüstanda tariflər ildə bir dəfə müəyyən olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR