Bakı sakini dördüncü mərtəbədən düşərək ölüb

Bakı sakini dördüncü mərtəbədən düşərək ölüb
# 07 sentyabr 2015 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də paytaxtın Nizami rayon sakini Xətai Ağakişiyev yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

Dördüncü mərtəbədən yıxılan X. Ağakişiyev xəstəxanaya yerləşdirilib, lakin onu xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR