Natiq Əliyev: "Azərbaycan tərəfi TAP-da payçıların çox olmasında maraqlıdır"

Natiq Əliyev: "Azərbaycan tərəfi TAP-da payçıların çox olmasında maraqlıdır"
# 14 iyul 2015 14:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İtaliyanın "Snam S.p.A." şirkəti Trans-Adriatik Qaz Boru Xətiində (TAP) pay almaqla bağlı Azərbaycan tərəfinə rəsmi müraciət etməyib.

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev deyib.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi bu boru kəmərində payçıların çox olmasında maraqlıdır: "Ölkə başçısının dediyi kimi, əgər bu şirkət bu layihədə pay almaq istəyirsə, biz buna etiraz etmirik. Əgər rəsmi müraciət olsa, bu məsələyə baxmaq olar. Öncə onlar müəyyən etməlidirlər ki, həmin payı kimdən almaq istəyirlər. Hansı payçının öz səhmlərini satmaq istədiyi Azərbaycan tərəfinə məlum deyil".

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 9-da İtaliyaya səfəri çərçivəsində bildirib ki, Azərbaycan tərəfi İtaliyanın "Snam S.p.A." Qrupunun TAP-da pay sahibi olmasına etiraz etmir.

TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR