Ağstafa sakini döyülüb

Ağstafa sakini döyülüb
# 09 sentyabr 2017 22:02 (UTC +04:00)

Ağstafa sakini döyülüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 1982-ci il təvəllüdlü Ramin Məmmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R.Məmmədov həmkəndliləri tərəfindən toy şənliyindən çıxan zaman döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR