"Qarabağ: əsirlər və girovlar. Közərən xaç" filiminin təqdimatı keçirilib

"Qarabağ: əsirlər və girovlar. Közərən xaç" filiminin təqdimatı keçirilib
# 31 mart 2017 10:52 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası tərəfindən "Qarabağ: əsirlər və girovlar. Közərən xaç" filiminin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən MŞ sədri, millət vəkili Əflatun Amaşov xatırladıb ki, ermənilər 1918-ci ilin martında Bakıda, Abşeronda və digər yerlərdə qətliamlar törədib, on minlərlə azərbaycanlını qətlə yetiriblər: "Eyni zamanda, 1948-1953-cü illərdə azərbaycanlıların köçürülməsi də bu cinayətlərin davamı idi. 1988-ci ildə baş verən hadisələr, 1992-ci il Xocalı soyqırımı da azərbaycanlıların necə dəhşətli formada qətlə yetirilməsinin əyani sübutudur".

Ə. Amaşov qeyd edib ki, hazırkı film məhz bu hadisələrə, əsirlərə həsr olunub: "Filmdə müharibənin dəhşətləri, əsir və girovlara qarşı münasibət öz əksini tapıb".

Sonra film təqdim olunub. Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, məsləhətçisi Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovdur.

Filmdə Azərbaycanda həbsdə olan Ermənistan əsgəri Arsen Baqdasaryan, Ermənistanda əsirlikdə olan Mayıl Məmmədov əsirlik həyatları haqqında danışıblar. A. Baqdasaryan ona Azərbaycanda göstərilən xoş münasibətdən danışıb, M. Məmmədov isə Ermənistanda 9 ay müddətində məru qaldığı işgəncələrdən söz açıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR