Məhkəmə dekan müavininin şikayətini təmin etməyib

Məhkəmə dekan müavininin şikayətini təmin etməyib
# 05 fevral 2018 10:31 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevin barəsində olan məhkəmə qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

APA-nın xəbərinə görə, məhəkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Z. Mirağayev mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib. Z. Mirağayev Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə Z. Mirağayevə ittiham olunduğu 148-ci (təhqir) maddə üzrə bəraət verilib, 147.2-ci (böhtan) maddə üzrə isə aylıq gəlirinin 15 faizi tutulmaqla, 1 il islah işlərinə cəlb olunmaq cəzası verilib. Həmin qərarla razı olmayan N. İsmayəlzadə apellyasiya şikayəti verərək onun cəzasının ağırlaşdırılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR