Xaçmaz sakini dəm qazından zəhərlənib

Xaçmaz sakini dəm qazından zəhərlənib
# 02 dekabr 2017 06:38 (UTC +04:00)

Xaçmaz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Hacıqurbanoba kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimova Sevinc Famil qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

O, Xaçmaz rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR