Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
# 08 avqust 2015 14:44 (UTC +04:00)

Bakı - APA. Bakı şəhəri, Nizami rayonunda mənzildə meyit tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1950-ci il təvəllüdlü Əliyeva Tamara İzraevna öz evində bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və orada T. Əliyevanı ölü vəziyyətdə aşkar ediblər. T. Əliyevanın meyiti aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR