Türkiyədə HDP liderləri və bu partiyadan seçilmiş 11 deputat həbs olunub - YENİLƏNİB

Türkiyədə HDP liderləri və bu partiyadan seçilmiş 11 deputat həbs olunub   - <span style="color: red;">YENİLƏNİB
# 04 noyabr 2016 01:18 (UTC +04:00)

Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunublar. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, S.Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbəkirdəki evində, F.Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb.

Məlumata görə, F.Yüksəkdağ Yüksekova rayonu Terrorla Mübarizə İdarəsinə aparılıb.

Həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən verilib.

S.Dəmirtaş və F.Yüksəkdağ iyunda ifadələri alınması üçün Ankara Cümhuriyyət Baş Prokurorluğunun çağırışına məhəl qoymayıblar.

S.Dəmirtaş və F.Yüksəkdağdan başqa, Türkiyə parlamentinin DHP üzvü olan 11 deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.

Həbslər Ankara, Diyarbəkir, Mardin və digər şəhərlərdə keçirilib.

DHP PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR