Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
# 24 noyabr 2016 14:23 (UTC +04:00)

Noyabrın 25-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, saat 11:00-dan 14:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

Təmir müddətində Qaradağ rayonunun Puta, Körgöz və Qızıldaş, Şəmkir rayonunun Sarıtəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR