Sabah havanın temperaturu Bakıda 19, bəzi rayonlarda 20 dərəcə isti olacaq - VİDEO

Sabah havanın temperaturu Bakıda 19, bəzi rayonlarda 20 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 14 aprel 2015 09:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Aprelin 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, cənub-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 5-8, gündüz 14-19 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 7-12 isti olacaq.

Aprelin 15-də Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 16-da gündüz küləyin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR