Prokuror Müsavat Partiyasının həbsdə olan üzvünə cəza istəyib

Prokuror Müsavat Partiyasının həbsdə olan üzvünə cəza istəyib
# 12 mart 2015 14:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, S. Kərimlinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR