Bu il əsas kapitala yönəldilmiş vəsaitin həcmi 14% azalıb

Bu il əsas kapitala yönəldilmiş vəsaitin həcmi 14% azalıb
# 13 iyul 2018 09:02 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6331,7 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu azalma neft sektoruna investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21,5%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 72,8% artıb.

Ümumi sərmayənin 72,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 72%-i məhsul istehsalı obyektlərinin, 20,7%-i xidmət sahələri üzrə obyektlərin, 7,3%-i isə ümumi sahəsi 946,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 54,3%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 %, bank kreditləri 14,7%, büdcə vəsaitləri 24,4%, əhalinin şəxsi vəsaitləri 6,2%, büdcədənkənar fondların vəsaitləri 1,3%, sair vəsaitlər isə 0,6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR