Azərbaycanlı deputatlar QDİƏT Parlament Məclisinin işçi qrupunun iclasında iştirak edəcəklər

Azərbaycanlı deputatlar QDİƏT Parlament Məclisinin işçi qrupunun iclasında iştirak edəcəklər
# 02 mart 2015 07:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Milli Məclisin deputatları Musa Quliyev və Ayaz Orucov martın 1-dən 4-dək Türkiyədə səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkilləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin işçi qrupunun iclasında iştirak edəcəklər.

Qurumun İstanbulda keçiriləcək toplantısında əsasən cari məsələlər müzakirə ediləcək, təşkilata üzv ölkələrin nümayəndələri reqlamentlə bağlı təkliflərini verəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR