Zaqatalada 5 otaqlı evdə yanğın baş verib

Zaqatalada 5 otaqlı evdə yanğın baş verib
# 02 yanvar 2020 04:53 (UTC +04:00)

Zaqatalada yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə rayonunun Göyəm kəndində qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 5 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR