Şirkət rəhbərinə hökm oxunub

Şirkət rəhbərinə hökm oxunub
# 10 avqust 2017 10:49 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən "Loyal Group" MMC-nin rəhbəri Elnur Usubovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrlik etdiyi iclasda prokuror çıxış edib.

O, E. Usubovun 3 il müddətinə rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il azadlıqdan məhrum edilməsini istəyib.

E. Usubov isə məhkəmədən ədalətli qərar qəbul edilməsini istəyib. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Usubov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR