Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb
# 22 noyabr 2016 06:26 (UTC +04:00)


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 21-i ilə müqayisədə dəyişməyərək 1,7091 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,32% möhkəmlənərək 1,8166 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,13% bahalaşaraq 0,0268 manat olub.

Türkiyə lirəsinin məzənnəsi də 0,71% artaraq 0,5095 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1349 manatdır. Beləliklə, funt sterlinq 1,23%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,31% ucuzlaşaraq 0,6850 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR