Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
# 15 oktyabr 2016 22:15 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 438-ci kilometrliyində, Tovuz rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

“QAZel” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, rayon sakini 1974-cü il təvəllüdlü Ədalət Namazov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR