Milli Məclisdə bir sıra qanunlara dəyişikliklər edilib

Milli Məclisdə bir sıra qanunlara dəyişikliklər edilib
# 29 noyabr 2016 10:47 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişikliklər edilib.

APA-nın məlumatına görə, bunlar "Bələdiyyələrin statusu haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "Poçt haqqında", "Çayçılıq haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "Dərman vasitələri haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlara dəyişikliklərdir.

Layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR