Balıqların ovu və mühafizəsi qaydalarının layihəsi Nazirlər Kabinetinə təqdim edilib

Balıqların ovu və mühafizəsi qaydalarının layihəsi Nazirlər Kabinetinə təqdim edilib
# 06 fevral 2017 11:12 (UTC +04:00)

Balıqçılıqla bağlı bir neçə normativ hüquqi sənədin layihələri hazırlanıb.

APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 2016-cı il ərzində su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində görülmüş işlərin hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”, “Balıq və digər su bioresurslarının ovu və mühafizəsi Qaydaları”, “Akvakulturanın həyata keçirilməsi Qaydası”, “Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması Qaydaları”, “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”, “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”, “Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları”, “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında” Əsasnamə və “Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası”nın layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Azərbaycan prezidentinin 23 iyun 2016-cı il tarixli 962 nömrəli fərmanı ilə “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə” təsdiq edilib. Digər layihə sənədləri aidiyyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR