Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 25 mart 2015 08:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində yaşayış binasında yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsinin altında yığılmış məişət tullantıları, istifadəsiz avtomobil ehtiyat hissələri 6 kv.m sahədə, pilləkan qəfəsində quraşdırılmış elektrik sayğacı və 6 ədəd qaz sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər sakin təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR