Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda inflyasiyanın proqnozlaşdırılmasının effektivliyini artırmağa imkan verən daha keyfiyyətli və dinamik ekonometrik model qurulub.
“APA-Economics”in məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Məlumata əsasən, hazırda Mərkəzi Bankda 12 qısa və uzun müddətli proqnozlaşdırma modeldən istifadə olunur.