“Azercell” ötən il Azərbaycanın qeyri-neft sektoruna 55 mln. manatdan çox investisiya yatırıb

“Azercell” ötən il Azərbaycanın qeyri-neft sektoruna 55 mln. manatdan çox investisiya yatırıb
# 17 mart 2015 10:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azercell” şirkəti Azərbaycanın qeyri-neft sektorunda ən iri investordur”.

APA-Economics”in xəbərinə görə, bunu şirkətin baş direktoru Vahid Mürsəliyev Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda deyib.

“Azercell” şirkəti 2014-cü ildə Azərbaycan iqtisadiyyatına 57 milyon manat investisiya yatırıb. 18 ay ərzində 1,1 milyard manat vergi ödəyib”, - deyə V. Mürsəliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR